PDF Oxu

Siyasət

  • 539

Polşada ukraynalıların təqib olunması narahatlıq yaradıb - FOTO

image

Məlum faktdır ki, Avropanın bir sıra şəhərlərində zamanında hay-küylə qarşılayıb, barələrində təriflər yağdırdıqları ukraynalılar indi təqib olunurlar. Xüsusilə də, Polşada Ukrayna vətəndaşları arzuedilməz miqrantlar elan olunub və onların ölkəni tərk etmələri tələb olunur. Bu isə bəzi Polşa siyasətçiləri tərəfindən narahatlıqla qarşılanıb. Bu kimi ayrı seçkliliyin aradan qaldırılıması məqsədi ilə Polşa Demokratiyanın Müdafiəsi Komitəsi tərəfindən etiraz aksiyaları təşkil olunur. Bazar günü ukraynalılara qarşı artan zorakılığa etiraz olaraq Polşanın 22 şəhərində nümayişlər keçirildi. Bu barədə European Pravda nəşri məlumat yayıb. Nəşrin iddiasına görə, nümayişlərin şüarı "Laqeyd qalmayın" olub. Təşkilatçıların sözlərinə görə, nümayişlər mənşəyinə, dilinə və ya görünüşünə görə təqib edilən insanlara qarşı getdikcə daha çox rast gəlinən şifahi və fiziki hücumlara cavabdır.

Bundan əvvəl, yəni cümə günü "Mənim Polşam döymür, təhqir etmir və ya təhrik etmir" şüarı altında nümayiş keçirilib. Bu nümayiş zamanı təşkilatçılar Baş Nazir Aparatına və Daxili İşlər və Administrasiya Nazirliyinə 11.000-dən çox insanın imzaladığı və xüsusilə Ukrayna vətəndaşlarına qarşı zorakı hücumlara qarşı qətiyyətli tədbirlər tələb edən petisiya təqdim ediblər.

İlham

Digər xəbərlər