PDF Oxu

Siyasət

  • 423

Müsəlman dünyasının ən böyük ordusu yaradılır - FOTO

image

"Məkkə Qarşılıqlı Müdafiə Sazişi" kimi tanın müqavilənin imzalanması dünyada böyük həyacanla və narahatlıqla qarşılanıb. Çünki dünyada böyük qarşıdurmalar yaşanır. Səudiyyə Ərəbistanı Yəmənlə müharibə vəziyyətindədir.. Yeni müdafiə formatı Yaxın Şərqdə vəziyyətin kəskin pisləşməsi fonunda yaradılır. ABŞ və Tehran rejimi arasında artan münaqişə artıq Səudiyyə Ərəbistanının maraqlarına təsir göstərib və Hörmüz boğazında və Qırmızı dənizdə gəmiçiliklə bağlı ciddi problemlərə səbəb olub.Ər-Riyad üçün öz təhlükəsizliyinin gücləndirilməsi xüsusilə İranın dəstəklədiyi silahlı qrupların təhdidləri səbəbindən vacibdir. Səudiyyə Ərəbistanı Yəməndəki husilərdən və İraqdakı şiə qruplarından yeni hücumlardan qorxurtərəflərin hərbi yardımın konkret mexanizmləri və digər öhdəlikləri hələ açıqlanmayıb. Türkiyə tərəfi müqavilənin sırf müdafiə xarakterli olduğunu və yalnız təcavüz halında qarşılıqlı dəstəyi nəzərdə tutduğunu vurğulayıb.İştirakçılar həmçinin regiondakı digər ölkələrin gələcəkdə müqaviləyə qoşula biləcəyini bildiriblər.

Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasında imzalayanlardan birinə edilən hücumun hər üç dövlətə edilən hücum kimi qəbul ediləcəyi bildirilir.

Qeyd edək ki, ötən il Səudiyyə Ərəbistanı və Pakistan ikitərəfli qarşılıqlı müdafiə müqaviləsi imzalayıblar. Səudiyyə rəhbərliyinə yaxın AFP mənbəyinin məlumatına görə, üçtərəfli pakt bir müddətdir müzakirə olunurdu, lakin bölgədəki son hadisələr danışıqları xeyli sürətləndirib.

Yeni ittifaq əhəmiyyətli hərbi və siyasi potensiala malik ölkələri bir araya gətirir. Türkiyənin NATO-da ABŞ-dan sonra ikinci ən böyük ordusu var. Səudiyyə Ərəbistanı Fars körfəzindəki ən böyük güc, aparıcı neft ixracatçısı və İslamın iki ən müqəddəs ziyarətgahının qoruyucusudur. Pakistan nüvə silahına malik yeganə müsəlman ölkəsidir.

İlham

.

Digər xəbərlər