PDF Oxu

Siyasət

  • 509

Tatarıstanda mətəm elan olundu - FOTO

image

Dron hücumu nəticəsində Tatarıstanın Nijnekamsk şəhərinin 13 vətəndaşı həyatını itirib, 78 nəfər isə yaralanıb

10 avqust 2026-cı il tarixində Tatarıstanın Nijnekamsk şəhəri Ukrayna tərəfindən böyük dron hücumuna məruz qalıb. Şəhərdəki həm sənaye, həm də mülki obyektlərə zərbələr endirilib. Tatarıstan rəhbəri Rüstəm Minnixanov 10 avqustu respublikada matəm günü elan edib.

11 avqust tarixinə olan məlumata görə, Nijnekamsk şəhərinə edilən dron hücumunda beş yaşlı qız da daxil olmaqla 13 nəfər həlak olub. Son məlumatlara görə, 78 nəfər tibbi yardıma müraciət edib, onlardan 25-i xəstəxanaya yerləşdirilib. Nijnekamsk meri Radmir Belyayev bildirib ki, şəhər həm sənaye, həm də mülki obyektlərə böyük düşmən dron hücumuna məruz qalıb və zərər görüb.

İlham

Digər xəbərlər