PDF Oxu

Siyasət

  • 665

Ukrayna lisenziya alsa belə, Patriot raketlərini istehsal edə bilməyəcək - FOTO

image

Ukrayna tərəfi Avropa və ABŞ-dan Patriot tutucu raketlərinin yerli istehsalını qurmaq üçün onlara lisenziya verilməsini xahiş edir. İddia olunur ki, bu silahların istehsalı ilə Ukrayna Rusiya üzərinədə böyük üstünlüklər qazanacaq. Financial Times (FT) analitikləri isə fərqli fikirdədirlər. Nəşrin qeyd etdiyinə görə, Ukraynanın ABŞ lisenziyası olsa belə, Patriot tutucu raketlərinin yerli istehsalını qurmaq üçün illər lazım olacaq. Nəşrin məlumatına görə, münaqişə getdikcə hava qarşıdurmasına çevrilir və nəticəsi "səmadakı döyüş"lə müəyyən edilir. 2024-cü ilin əvvəlindən bəri Rusiya ballistik raket istehsalını ayda 70-80 ədədə qədər artırıb. Təkcə ötən ay Rusiya Ukrayna hədəflərinə 198 raket atıb. Məqalə müəlliflərinin fikrincə, onlara qarşı yeganə etibarlı müdafiə Amerika Patriot raketləridir, lakin Kiyevin tutucu raketləri demək olar ki, tükənib və bu, Rusiyanın son hücumlarının tezliyindən də görünür: "Son həftələr göstərdi ki, Ukraynanın özü Rusiya ballistik raketlərinə qarşı həssasdır, qismən də müttəfiqləri hava müdafiəsini gücləndirmək üçün kifayət qədər iş görməməsi səbəbindən".

İlham

Digər xəbərlər