Lerik rayonunda, dəniz səviyyəsindən 1640 metr yüksəklikdə olan Büzeyir mağarası respublikamızın ilk insan düşərgələrindən biri sayılır. Bu qədim tarixə məxsus olan mağara rayonun ərazisində, Lerik-Büzeyir yolunun 10-cu kilometrliyində, Zuvand çayının sol sahilində, Büzeyir kəndindən 3 kilometr şərqdə qərar tutub. Paleolit dövrünə aid arxeoloji abidə kəndin yaxınlığında olduğu üçün ona Büzeyir adı verilmişdir.
İsti yay günlərində mağaraya səyahət edənlər daha çoxdur. Bu günlərdə isə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Gənc Səyahətçi" layihəsi çərçivəsində gənclərin mağaraya ekskursiyası təşkil olunub.
Yeni nəslin Buzeyir mağarasını ziyarət etməkdə məqsəd arxeoloji irsimizi öyrənmək, təbiətə sevgi, həmçinin tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməkdir.
Ekskursiya zamanı iştirakçılar mağaranın tarixi və arxeoloji əhəmiyyəti ilə yaxından tanış olub, təbiətin qoynunda maraqlı və maarifləndirici anlar yaşayıblar.
Onu da bildirək ki, gənclərlə bərabər olan YAP Lerik rayon təşkilatının əməkdaşı Elnur Məmmədov onlara mağara haqqında ətraflı məlumat verib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü