Avropada faşizm geniş formada sərhədlərini genişləndirir. Artıq nasizm yalınız Almaniyada deyil, həm də Avropanın bir sıra dövlətlərində, o cümlədən Fransa, Niderland, Polşa, Belçika və digər ölkələrdə özlərinə böyük dəstək qazanırlar. Polşada faşizm bölükləri yaranır və onlar miqrantlara hücumlar təşkil edir, onları yaralayır, döyür, təhqir edirlər. Xüsusilə də, Polşada formalaşan nasist təşkilatları arasında Hüquq və Ədalət partiyası fəaliyyəti və şüarları ilə seçilir. Bu nasist hərəkatı ukraynalıları daha çox hədəf alır. Bununla onlar Rusiyanın etimadını və rusların dəstəyini qazanmağa ümid edirlər.
Nasist təşkilat Hüquq və Ədalət partiyası hakimiyyətdən ukraynalıların ölkədən deportasiya olunamasını tələb edir, əks halda iqtidarı devirəcəkləri ilə hədələyirlər. Diqqətçəkən məqam ondan ibarətdir ki, ölkə əhaləsinin müəyyən hissəsi onların mövqelərini dəstəkləyirlər. “Rzeczpospolita” qəzeti IBRiS sorğusunun nəticələrini açıqlayıb. Sorğu göstərir ki, respondentlərin tam 67,2%-i işsiz ukraynalıların deportasiyası ideyasını dəstəkləyir. 23,4%-i isə buna qarşıdır.
Məlumatlara görə, bu həll yoluna dəstək yaşla artır. Ən gənc respondentlər (18-29 yaş) arasında 43%-i bunu təsdiqləyir, əlli yaşlarında olanlar arasında isə bu rəqəm 80%-ə qədər yüksəlir. Dindar insanların PiS təklifini qeyri-dindar insanlara nisbətən daha çox dəstəkləmə ehtimalı var.
Sorğu PiS təklifinin elan edilməsindən dərhal sonra, 7-8 avqust 2026-cı il tarixlərində mindən çox insan arasında aparılıb. Hüquq və Ədalət partiyası yeni miqrasiya siyasəti konsepsiyasını təqdim edib və əsas məqamlardan biri Polşada (25-60 yaş) ukraynalıların deportasiya edilməsi təklifidir. Bu məsələ həm siyasətçilər, həm də ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.
Daxili İşlər və Administrasiya Nazirliyinin mətbuat katibi Karolina Qaletska bildirib ki, "Hüquq və Ədalət partiyasının ukraynalıların deportasiya etmək niyyəti populistdir". O, həmçinin bildirib ki, ukraynalıların 95%-i Polşada qanuni olaraq işləyir.
Xatırladaq ki, 30 iyulda Aİ Şurası yazılı prosedur vasitəsilə ukraynalılar üçün Aİ ölkələrində müvəqqəti qorunma rejiminin uzadılmasını təsdiqləyib və düzəlişdə hərbi xidmətə çağırılan yeni gələn Ukrayna vətəndaşlarının yalnız hərbi qeydiyyat sənədləri ilə bağlı heç bir problemi olmadığı təqdirdə status almaq hüququna malik olacağı bildirilib.
İlham