"Hər bir xalq öz tarixini yaşatmaqla gələcəyini qurur. Tarixini unudan xalqın gələcəyi ola bilməz. Azərbaycan xalqının tarixi çox zəngindir və ölkəmizin müxtəlif bölgələrində qorunub saxlanılan memarlıq abidələri də bunun bariz nümunəsidir".Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.Onun sözlərinə görə, belə tarixi abidələrdən biri də Naxçıvanda yerləşən Möminə Xatun türbəsidir:"Türbənin üzərindəki kitabədəki məlumata görə, bu möhtəşəm abidə 1186-cı ildə inşa edilib. Abidənin özünəməxsus memarlıq quruluşu həmin dövrdə Azərbaycanda yüksək səviyyəli, təcrübəli memarların və zəngin memarlıq ənənələrinin mövcud olduğunu göstərir.Möminə Xatun türbəsi Atabəylər memarlıq kompleksinə daxil olan mühüm memarlıq abidəsidir. Abidə zaman-zaman qorunaraq bu günümüzə qədər gəlib çatıb. Bu gün də onun qorunması dövlətin diqqət mərkəzində olan məsələlərdəndir. Türbə 1998-ci ildə UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.Azərbaycanın müxtəlif bölgələrində bu cür zəngin tarixi və mədəni irs nümunələri mövcuddur. Azərbaycan dövləti, o cümlədən Prezident İlham Əliyev tərəfindən tarixi abidələrin qorunmasına xüsusi diqqət göstərilir. İstər Qarabağda, istər Azərbaycanın digər bölgələrində, istərsə də Naxçıvanda tarixi-mədəni irsin qorunması istiqamətində işlər həyata keçirilir.Prezidentin Naxçıvana səfəri, burada həyata keçirilən quruculuq işləri, yeni layihələrin təməlinin qoyulması və bölgənin inkişafına göstərilən diqqət Naxçıvanın Azərbaycanın sosial-iqtisadi və mədəni həyatındakı əhəmiyyətini bir daha nümayiş etdirir. Möminə Xatun türbəsinə göstərilən diqqət isə Azərbaycan dövlətinin öz tarixinə və milli-mədəni irsinə biganə olmadığını göstərir.Naxçıvan Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik bölgələrindən biridir. Burada müxtəlif dövrlərə aid çoxsaylı tarixi və memarlıq abidələri mövcuddur. Bu abidələr qədim insanların burada məskunlaşdığını, yüksək mədəniyyət və memarlıq ənənələrinin formalaşdığını göstərən mühüm nümunələrdir.Bu tarixi irsin qorunması, bərpa edilməsi və gələcək nəsillərə ötürülməsi olduqca vacibdir. Möminə Xatun türbəsi də Azərbaycan xalqının qədim tarixinin və xüsusilə memarlıq mədəniyyətinin bariz nümunələrindən biridir. Bu abidə ilə Azərbaycan xalqı haqlı olaraq qürur duyur.Hesab edirəm ki, Prezidentin Naxçıvana səfəri və xüsusilə Möminə Xatun türbəsinə göstərdiyi diqqət dövlətin tarixi-mədəni irsin qorunmasına yönəlmiş siyasətinin tərkib hissəsidir. Bu istiqamətdə həyata keçirilən və gələcəkdə görüləcək işlər Azərbaycanın zəngin tarixinin qorunaraq gələcək nəsillərə çatdırılmasına xidmət edəcək".
Müəllif: Günel Fərzəliyeva