Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 11 avqust 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikasına rəsmi səfər ediblər. Dövlət başçısının sayca 17-ci olan bu səfəri Naxçıvanın yeni inkişaf strategiyası, idarəetmə islahatları və strateji layihələrin icrası baxımından böyük əhəmiyyət daşıyır.
Səfər Naxçıvanda Prezidentin Xüsusi Nümayəndəliyi institutunun bərqərar olması və 2026-cı ilin martında Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında edilən dəyişikliklərdən sonrakı dövrə təsadüf edib.
Naxçıvanın idarə olunması Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən müasir şəhərsalma və mərkəzləşdirilmiş idarəetmə konsepsiyasına tam inteqrasiya olunur.
Naxçıvan Sənaye Parkı: Sumqayıtdan sonra ölkədə ikinci ən böyük sənaye zonası olacaq sənaye parkının təməli qoyulub.
Sənaye Parkı ərazisində 300 meqavatlıq yeni İstilik Elektrik Stansiyasının təməli atılıb.
Naxçıvanın 500–1000 meqavatlıq günəş enerjisi potensialından istifadə etməklə 2050-ci ilədək "xalis sıfır karbonlu" əraziyə çevrilməsi hədəfi xüsusi vurğulanıb.
İşğaldan azad edilmiş ərazilərdə olduğu kimi, Naxçıvan şəhərinin də müasir standartlara uyğun yeni Baş Planı hazırlanır.
Şəhər daxilində köhnə avtobuslar tam sıradan çıxarılaraq yeni elektrik avtobusları xəttə buraxılıb. Rayonlararası nəqliyyatın modernləşdirilməsi üçün 217 yeni müasir avtobusun alınması planlaşdırılır.
Naxçıvan şəhərinin mərkəzində yeni beşulduzlu hotelin təməli qoyulub. Həmçinin uşaq bağçalarının tikintisi və təmiri üzrə layihələrə baxış keçirilib.
Səfər çərçivəsində Azərbaycan Televiziyasına (AzTV) geniş müsahibə verən dövlət başçısı Naxçıvanın müdafiə potensialının, təhlükəsizlik tədbirlərinin, Türkiyə ilə nəqliyyat-logistika (Zəngəzur dəhlizi / İğdır-Naxçıvan xətti) əlaqələrinin və regional ticarət qovşağı rolunun daha da gücləndiriləcəyini bəyan edib.
"Naxçıvanda komando hərbi hissələrinin yaradılması da bunu təsdiqləyir. Əlahiddə Ümumqoşun Orduda yeni komando bölmələrinə Döyüş bayraqlarının verilməsi Naxçıvanın müdafiə qabiliyyətinin ən müasir standartlara çatdırılmasının göstəricisidir. Bununla da, Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olması mesajı bir daha verildi və Muxtar Respublikanın təhlükəsizliyinin sarsılmazlığı nümayiş etdirildi.
Millət vəkilinin sözlərinə görə, hazırda alternativ enerji potensialının gücləndirilməsi də dövlətimizin siyasətində prioritetdir:
"Bu baxımdan, Naxçıvanın da yaşıl enerji zonası elan olunması xüsusi vurğulanmalıdır. Təsadüfi deyil ki, bu gün yaşıl enerjinin Avropaya ixracı yeni hədəflər sırasındadır. Dövlət başçısının "Şəms 1" və "Qərbi Üfüq" stansiyalarındakı işlərlə tanışlığı da Naxçıvanın ölkədə günəş enerjisi istehsalı üçün ən əlverişli məkan olduğunu təsdiqlədi. Bu tipli layihələrin icrası Avropaya enerji çıxışını sürətləndirəcək. Bu mənada, Naxçıvan üzərindən Avropaya elektrik enerjisinin ixracı hədəflərinin reallaşdırılması imkanları böyükdür.
Samir Vəliyev qeyd edib ki, cənab Prezidentin Naxçıvana səfəri zamanı verilən mühüm mesajlardan biri Zəngəzur dəhlizi ilə bağlıdır:
"Dövlətimizin başçısı Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bu istiqamətdə görülən işlərdən danışıb və dəmiryolunun Naxçıvan hissəsində edilən yeniliklərin əhəmiyyətini vurğulayıb. Belə ki, həmin hissədə yenidənqurma işləri nəticəsində yükdaşımaların ildə 15 milyon tona çatdırılması nəzərdə tutulur. Bununla, Naxçıvan da nəqliyyat-logistika qovşağı olaraq Orta Dəhliz çərçivəsində əhəmiyyətli inkişaf edəcək. Eyni zamanda, beynəlxalq qurumların Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə böyük maraq göstərməsi regionun əvəzolunmaz nəqliyyat mərkəzinə çevriləcəyinə sübutdur. İnfrastruktur layihələrinin tamamlanmasına gəlincə, Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, tam hazır olması regional blokadanın tamamilə yarılması prosesini sürətləndirir. Eyni xətt üzrə dəmiryolu isə gələn il başa çatacaq. Bu il Ermənistan ərazisində TRIPP layihəsinin də praktiki icrasına başlanılması nəzərdə tutulur. Avqustun 8-də dövlətimizin başçısının ABŞ prezidenti Donald Trampla telefon söhbətində bu məsələ xüsusi diqqət mərkəzində olub. Bütövlükdə, bu layihənin reallaşdırılması Naxçıvanı beynəlxalq logistika mərkəzlərindən birinə çevirəcək".
Prezident İlham Əliyevin birbaşa nəzarəti və siyasi iradəsi nəticəsində Naxçıvan artıq yalnız coğrafi baxımdan deyil, iqtisadi və logistika imkanları baxımından da yeni inkişaf mərhələsinə daxil olur. Siyasi aspektdən yanaşdıqda isə bu səfər Azərbaycanın ərazi bütövlüyünün, dövlət idarəçiliyinin vahidliyinin və milli həmrəyliyin nümayişidir. Eyni zamanda, Naxçıvanın Türkiyə ilə birbaşa sərhədə malik olması səbəbindən türk dünyasının inteqrasiyası baxımından mühüm körpü rolunu oynayır. Prezident İlham Əliyevin bu bölgəyə xüsusi diqqəti Azərbaycanın gələcək nəqliyyat, enerji və ticarət xəritəsində Naxçıvanın əsas mərkəzlərdən biri kimi nəzərdə tutulduğunu göstərir”.
Esmira Həsənova
Naxçıvan şəhər Təhsil Şöbəsinin əməkdaşı,
YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü