PDF Oxu

Siyasət

  • 479

Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib, Naxçıvan da yaşıl enerji zonasıdır - ŞƏRH

image

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr regionu Azərbaycanın əsas “yaşıl enerji” mərkəzlərindən birinə çevirir. İşğaldan azad olunmuş ərazilər “yaşıl enerji” zonası elan edilib və bölgədə alternativ enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilir. Regionda istehsal olunacaq enerji yalnız yerli tələbatı ödəməyəcək, həm də ixrac imkanları yaradacaq. Bu gün Naxçıvan da yaşıl enerji zonasıdır. Muxtar respublikanın yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti burada ekoloji cəhətdən təmiz enerji istehsalına imkan verir. Bu sırada isə Günəş enerjisindən istifadə imkanları daha çox ön plana çıxır. Hesablamalara görə, Naxçıvan ərazisində günəşli saatların orta illik miqdarı 2600-2800 saat, hər kvadratmetrə düşən Günəş enerjisinin intensivliyi isə 0,8-1,2 kilovat–saat təşkil edir. Bu isə o deməkdir ki, bütün fəsillərdə Günəş enerjisindən istifadə imkanı mövcuddur. Qeyd etmək lazımdır ki, son illərdə muxtar respublikada ekoloji cəhətdən təmiz enerji istehsalı məqsədilə bir sıra addımlar atılıb. Xüsusilə yeni Günəş və külək elektrik stansiyalarının tikilib istifadəyə verilməsi Naxçıvanda istehsal edilən ümumi enerjidə bərpaolunan enerjinin payını artırıb.

Saday Qasımov
Azərbaycan Tibb Universitetinin 2-ci kurs tələbəsi

Digər xəbərlər