Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Bayram Ağa Bala oğlu Nağdəliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi barədə Sərəncam imzalayıb. Prezidentin Sərəncamında qeyd olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Ölkə Prezidenti həmçinin "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" təsdiq edilməsi haqqında da Sərəncam imzalayıb. Prezidentin Sərəncamında qeyd olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görsün, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə Dövlət Proqramında illər üzrə nəzərdə tutulmuş tədbirlərin hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən nəzərə alınmasını təmin etsin, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.