"Amerika Birləşmiş Ştatları və İran arasında 60 günlük atəşkəs rejimi tamamilə başa çatıb və hər hansı bir razılaşma da yoxdur". Bu fikirləri SİA-ya açıqlaması zamanı politoloq Məhəmməd Əsədullazadə bildirib.Onun sözlərinə görə, bu da deməyə əsas verir ki, münaqişə yenidən alovlana bilər və SEPAH-ın Hörmüz boğazında təxribatları davam edir:"SEPAH ümumiyyətlə İranın Amerikada seçkilərə kimi hər hansı bir Tramp administrasiyası ilə getmək istəmir, çünki Konqres seçkilərində onların Trampın mövqeyinin zəifləməsində, Respublikaçılar Partiyasının məğlub olmasında marağı var. Ona görə də düşünürəm ki, İran tərəfi növbəti müharibəyə hazırlaşır, öz hərbi logistikasını inkişaf etdirir və Amerika Birləşmiş Ştatları genişmiqyaslı eskalasiyada maraqlı deyil. Çünki Tramp daha çox razılaşmaya üstünlük verməyə çalışır.Amma göründüyü kimi, İran tərəfi bunda maraqlı deyil. Çünki Tramp seçkilərdən sonra İranla haqq-hesaba getmək istəyir. İran da bunu bildiyi üçün prosesləri təxribat və müharibə müstəvisində davam etdirməkdə maraqlıdır. Amma bu da bir tərəfdən yaranan sosial-iqtisadi vəziyyəti ağırlaşdırır. Yəni yeni müharibə istənilən vaxt alovlana bilər".
Müəllif: Lətifə Musayeva