PDF Oxu

Siyasət

  • 1 035

“Üçtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi vacibdir” - DEPUTAT

image

"Cənubi Qafqaz beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm regiona çevrilib. Regionda təhlükəsizliyin təmin edilməsi, regional sabitliyin gücləndirilməsi, strateji enerji və nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin qorunması, eləcə də kənar hərbi təhdidlərin, terrorizmin və sərhədyanı cinayətkarlığın qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır".Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.Onun sözlərinə görə, bu baxımdan Azərbaycan–Gürcüstan–Türkiyə formatında hərbi və təhlükəsizlik əməkdaşlığının daha da genişləndirilməsi zəruridir:"Türkiyə Ordusunun NATO standartlarına uyğunluğu, Azərbaycan Ordusunun öz döyüş qabiliyyətini real döyüş meydanında təsdiq etməsi və Gürcüstan Ordusunun müasir standartlara uyğunlaşdırılması istiqamətində aparılan proseslər üç ölkə arasında hərbi əməkdaşlığın inkişafı üçün mühüm imkanlar yaradır.Bu istiqamətdə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsinin artırılması və təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, ərazilərimizdən keçən beynəlxalq nəqliyyat dəhlizləri və enerji ixrac xətləri regionda davamlı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini zəruri edir.Bu baxımdan Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi yalnız mümkün yeni təhdidlərin qarşısının alınmasına deyil, həm də strateji kommunikasiyaların təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Üçtərəfli əməkdaşlığın daha da gücləndirilməsi nəticəsində Cənubi Qafqazın daha təhlükəsiz, sabit və etibarlı məkana çevrilməsinə mühüm töhfə vermək mümkündür".
Müəllif: Lətifə Musayeva

Digər xəbərlər