PDF Oxu

Siyasət

  • 1 075

Milli Məclisin deputatı Vasif Qafarov fermerlərin yanında - FOTO

image

Milli Məclisin deputatı Vasif Qafarov növbəti görüşündə Lerik rayonunda sahibkarların təsərrüfatlarına baxış keçirib, onların qayğı ilə yaxından maraqlanıb və təkliflərini dinləyib.
Deputat üç fermerin- Oktay Rəhimovun Tatonu və Kələxan kəndlərində, Məhərrəməli Zeynalovun Lələhiran kəndində, Tələt Vəliməmmədovun isə Hiveri kəndində yerləşən təsərrüfatlarına baş çəkib. Bu təsərrüfatlarda əsasən pomidor, kartof, lobya, alma, nektarin və Lerik üçün yeni sahə olan çiyələk yetişdirilir. Ərazilərin özünəməxsus təbii iqlim xüsusiyyətləri məhsuldarlığın yüksək olmasına və keyfiyyətli məhsul əldə edilməsinə əlverişli şərait yaradır. Sahibkarların əməyi və təşəbbüskarlığı Lerikdə kənd təsərrüfatının inkişafına, yeni əkin sahələrinin yaradılmasına, eləcə yerli istehsalın genişlənməsinə mühüm töhfə verir, məhsul bolluğuna səbəb olur.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər