“2027-ci ildə Özbəkistan Gürcüstanın Poti limanında 500.000 ton tutumlu logistika mərkəzi açacaq və Anakliya limanında fəaliyyətə başlayacaq”. Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bunu 18 avqustda Xorazm bölgəsindəki sahibkarlarla açıq dialoqda bildirib. Prezident həmçinin yük maşınlarının idxalına gömrük rüsumlarının və təkrar emal haqlarının ləğv olunduğunu və beynəlxalq daşımalar üçün dəmir yolu vaqonlarına ƏDV dərəcəsinin sıfırlandığını elan edib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sözlərinə görə, iqtisadi artıma əlavə təkan verəcəyi gözlənilən əsas layihələrə Cizzax bölgəsində 2029-cu ilin sonuna qədər nüvə elektrik stansiyasının tikintisi və istifadəyə verilməsi planlaşdırılır.
Dövlət başçısı həmçinin ixrac imkanlarının genişləndirildiyini açıqlayıb. Qazaxıstan 11 növ tikinti materialına idxal məhdudiyyətlərini aradan qaldırıb və Türkmənistanla qarşılıqlı rüsumsuz ticarət rejimi yaradılıb.
Prezident qeyd edib ki, çətin qlobal iqtisadi vəziyyətə baxmayaraq, Özbəkistanın ÜDM-i ilin birinci yarısında 8,5% artıb. Fitch və Moody's ölkənin suveren kredit reytinqini bir pillə yüksəldib. Onun sözlərinə görə, bu nəticələr əsasən sahibkarlarla birgə həyata keçirilən islahatların nəticəsidir.
İlham