PDF Oxu

Siyasət

  • 717

Şəhərsalma və Memarlıq İli: dövlət siyasətinin əsas istiqamətləri - FOTO

image

Avqustun 19-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Samux rayon təşkilatında Samux Rayon İcra Hakimiyyətinin, YAP Samux rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli: dövlət siyasətinin əsas istiqamətləri” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova bildirib ki, şəhərsalma və memarlıq ölkənin sosial-iqtisadi inkişafının mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müasir şəhər mühitinin formalaşdırılması, yaşayış məntəqələrinin simasının yenilənməsi və əhalinin rahat yaşayış şəraitinin təmin edilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. “Şəhərsalma və Memarlıq İli”nin elan olunması da bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin növbəti ifadəsidir. Bildirib ki, müasir şəhərsalma yalnız yeni binaların və yolların inşası ilə məhdudlaşmır, eyni zamanda insanların təhlükəsiz, rahat və ekoloji cəhətdən əlverişli mühitdə yaşamasını nəzərdə tutur. Bu baxımdan şəhər və rayonların inkişafında vahid şəhərsalma prinsiplərinin qorunması mühüm əhəmiyyət daşıyır.
Sonra çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Nüranə Həsənova vurğulayıb ki, Azərbaycanın şəhərsalma və memarlıq ənənələri qədim tarixə malikdir.Ölkəmizin müxtəlif bölgələrində qorunub saxlanılan tarixi-memarlıq nümunələri xalqımızın zəngin mədəni irsinin mühüm hissəsidir. Tarixi irsin qorunması ilə yanaşı, müasir memarlıq üslublarının tətbiqi də şəhərlərin inkişafında xüsusi əhəmiyyət kəsb edir. N.Həsənova qeyd edib ki, dövlət siyasətinin əsas istiqamətlərindən biri şəhərsalma prosesində milli memarlıq xüsusiyyətlərinin qorunması və müasir tələblərlə uzlaşdırılmasıdır. O, xüsusilə gənc nəslin şəhərsalma, memarlıq və mədəni irsin qorunması məsələlərinə diqqətinin artırılmasının vacibliyini vurğulayıb.
Daha sonra tədbirdə çıxış edən partiya fəalları Elvar Səfərov, Tural Qurbanov və Lalə Məmmədova şəhərsalma və memarlıq sahəsində həyata keçirilən dövlət siyasətinin əhəmiyyətindən danışıblar. Çıxışlarda müasir şəhərlərin planlaşdırılmasında yaşıllıq ərazilərinin artırılması, ictimai məkanların genişləndirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və insanların rahatlığının təmin olunmasının vacibliyi qeyd edilib.
Tədbirdə “Şəhərsalma və Memarlıq İli”nin ölkəmizdə bu sahənin inkişafına yeni impuls verdiyi, şəhər və rayonların daha müasir, rahat və dayanıqlı yaşayış məkanlarına çevrilməsinə mühüm imkanlar yaratdığı vurğulanıb.

Digər xəbərlər