PDF Oxu

Siyasət

  • 23

Prezident təbrik məktubu göndərib

Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Polşa Respublikasının Prezidenti Bronislav Komorovskiyə təbrk məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Polşa Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və bütün Polşa xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan-Polşa əlaqələri dostluq və əməkdaşlıq zəminində müvəffəqiyyətlə inkişaf etməkdədir. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, iş birliyimizin dərinləşdirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına əmin-amanlıq və firavanlıq arzulayıram."

Digər xəbərlər