PDF Oxu

Siyasət

  • 1 095

BƏƏ İrana qarşı qeyri-müəyyən müddətə ticarət embarqosu tətbiq edib

image

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran qüvvələrinin ölkəyə iki ballistik raket atdığını iddia edərək Tehrana qarşı qeyri-müəyyən müddətə ticarət embarqosu tətbiq edib. İran isə bu ittihamları rədd edib.SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, BƏƏ Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı açıqlamada qərarın “regionda sülh və təhlükəsizliyi təhdid edən eskalasiyalar” fonunda qəbul edildiyi bildirilib.Nazirlik qeyd edib ki, İranla bütün ticarət əlaqələri, kommersiya mübadiləsi və maliyyə əməliyyatları növbəti bildirişədək dayandırılıb.Qərardan əvvəl BƏƏ Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin İrandan buraxılan iki ballistik raket aşkar etdiyini açıqlamışdı. Nazirliyin məlumatına görə, raketlərdən biri BƏƏ-nin ərazi sularından kənara düşüb, digəri isə ölkənin ərazi sularına enib.BƏƏ Müdafiə Nazirliyi sonrakı açıqlamasında raketlərin dəniz nəqliyyatını hədəfə aldığını bildirib və ölkənin təhlükəsizliyinə və regionda dəniz naviqasiyasına qarşı istənilən cəhdin qətiyyətlə qarşısının alınacağını vurğulayıb.

Tehran ittihamları rədd edir

İran Xarici İşlər Nazirliyi BƏƏ-nin ittihamlarını “əsassız” adlandırıb.Nazirliyin sözçüsü İsmayıl Bəqai hadisənin “saxta bayraq əməliyyatı” ola biləcəyini bildirib. O, BƏƏ-nin açıqlamasının mehriban qonşuluq prinsipinə zidd olduğunu deyərək region ölkələrini Tehran əleyhinə əsassız iddialardan uzaq durmağa çağırıb.Bəqai həmçinin bildirib ki, hadisəyə obyektiv qiymət verilərkən ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi “zərərli fəaliyyətlər” də nəzərə alınmalıdır.Embarqo İran iqtisadiyyatına ciddi təsir göstərə bilərBƏƏ-nin qərarı ABŞ-İran müharibəsi fonunda və Vaşinqtonun İran limanlarına tətbiq etdiyi dəniz blokadası şəraitində qəbul olunub. Al Jazeera-nın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi təzyiqdən daha çox iqtisadi təzyiqə üstünlük verməyə başlayıb.ABŞ-ın keçmiş dövlət katibinin köməkçisi və istefada olan general Mark Kimmitt hesab edir ki, BƏƏ-nin ticarət embarqosu İran iqtisadiyyatına Vaşinqtonun tətbiq etdiyi bəzi məhdudiyyətlərdən belə daha ciddi təsir göstərə bilər.Onun sözlərinə görə, Dubay uzun müddətdir İranın ən mühüm ticarət tərəfdaşlarından biridir və İranın idxalının təxminən üçdə biri Dubay üzərindən həyata keçirilir.BƏƏ martın əvvəlində, müharibənin başlamasından bir neçə gün sonra İranla birbaşa yük daşımalarını dayandırmış, iyunun sonunda isə Dubayın Cəbəl Əli limanı vasitəsilə ticarət əlaqələri qismən bərpa edilmişdi.Kimmitt bildirib ki, BƏƏ-nin embarqosu yalnız fiziki malların ticarətinə deyil, həm də maliyyə əməliyyatlarına ciddi təsir göstərə bilər. Dubay uzun illər İranın beynəlxalq sanksiyaları aşaraq maliyyə vəsaitlərini hərəkət etdirməsində mühüm mərkəzlərdən biri olub.

Müəllif: Lətifə Musayeva

Digər xəbərlər