PDF Oxu

Siyasət

  • 651

"Şimal Axını 2" qaz kəmərini partladan şəxs həbs olundu - FOTO

image

Almaniya Federal Prokurorluğu Ukrayna vətəndaşı Vladimir Juravlevin Xorvatiyada "Şimal Axını 2" partlayışı ilə əlaqədar həbs olunduğunu açıqlayıb. Bu barədə prokurorluğun 19 avqust tarixi açıqlamasında bildirilib. Məlumatda qeyd olunur ki, Vladimir Z. kimi göstərilən Ukrayna vətəndaşı 2022-ci ilin sentyabr ayında "Şimal Axını 2" qaz kəmərinin partladılması ilə əlaqədar Almaniya orderi əsasında Xorvatiyada saxlanılıb: “O, Xorvatiyanın Pula şəhərində Zaqreb Polis Qərargahının koordinasiyası altında yerli polis şöbəsi tərəfindən saxlanılıb. Təqsirləndirilən şəxs partlayışın təşkilində, konstitusiyaya zidd təxribat aktı törətməkdə və tikililəri dağıtmaqda iştirak etməkdə ciddi şübhəli bilinir”.

Məlumatda vurğulanır ki, təqsirləndirilən şəxs Xorvatiyadan ekstradisiya edildikdən sonra Federal Ali Məhkəmənin istintaq hakimi qarşısına çıxacaq.

İlham

Digər xəbərlər