PDF Oxu

Siyasət

  • 1 247

“Azərbaycan Prezidentinin G20 sammitinə dəvət alması ölkəmizin nüfuzunun göstəricisidir” - ŞƏRH EDİLDİ

image

ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi G20 Liderlər Sammitinə dəvət etməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun göstəricisi kimi qiymətləndirilə bilər.Bu sözləri SİA-ya deputat Elman Nəsirov deyib.O bildirib ki, G20 dünyanın ən böyük iqtisadiyyatlarını bir araya gətirən mühüm beynəlxalq platformalardan biridir. Bu ölkələrin payına qlobal ÜDM-in böyük hissəsi və dünya əhalisinin təxminən üçdə ikisi düşür. Müqayisə üçün qeyd edək ki, ABŞ dünyanın ən böyük iqtisadiyyatına malik ölkədir. Çinin iqtisadi göstəriciləri də qlobal miqyasda mühüm paya sahibdir. Avrozonanın iqtisadi potensialı isə ayrıca böyük iqtisadi güc mərkəzi formalaşdırır:“Belə bir platformada Azərbaycan Prezidentinin iştirak üçün dəvət alması, xüsusilə də ABŞ Prezidentinin dəvəti ilə bu tədbirə qatılması ölkəmiz baxımından əhəmiyyətli hadisədir.Azərbaycan hazırda beynəlxalq münasibətlər sistemində regional və orta güc kimi qiymətləndirilir. Bununla yanaşı, Prezident İlham Əliyevin beynəlxalq diplomatiyada oynadığı rol və müxtəlif regional proseslərə təsiri ölkənin siyasi çəkisini daha da artırıb.Xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh gündəliyinin irəlilədilməsi istiqamətində həyata keçirilən siyasət Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə mühüm təsir göstərib. Azərbaycanın regional təhlükəsizliyə, nəqliyyat və enerji layihələrinə, eləcə də beynəlxalq əməkdaşlığa verdiyi töhfələr ölkənin tərəfdaşları üçün əhəmiyyətini artıran əsas amillərdəndir.Bu baxımdan, Donald Trampın Azərbaycan Prezidentini G20 Liderlər Sammitinə dəvət etməsi yalnız protokol xarakterli addım kimi deyil, həm də ABŞ-Azərbaycan münasibətlərinin inkişafı baxımından mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər.Bu dəvət iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsi üçün əlavə imkanlar yarada bilər. Eyni zamanda, Azərbaycanın beynəlxalq proseslərdə artan rolunun və Prezident İlham Əliyevin regional məsələlərin həllindəki diplomatik fəaliyyətinin diqqətə alındığını göstərir.Beləliklə, G20 kimi qlobal əhəmiyyətli platformada Azərbaycanın təmsil olunması ölkəmizin beynəlxalq siyasi və iqtisadi sistemdə mövqeyinin daha da möhkəmlənməsi baxımından əhəmiyyətli hadisədir”.

Ayşən Vəli

Digər xəbərlər