Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Ülyahəzrət, Nəvəniz - Şahzadə Uilyamın toyu münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə ən xoş arzularımı yetirir, yeni ailə həyatına qədəm qoyan gənclərə möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm."