ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti cənab İlham Əliyevi bu ilin dekabrın 14-15-də Florida ştatının Mayami şəhərində keçiriləcək G20 liderlər sammitinə dəvət edib. Nəzərə alsaq ki, G20-yə dünyanın ən böyük iqtisadiyyatı daxildir və G20-yə daxil olan ölkələr dünyada istehsal olunan ümumi daxili məhsulun 85 faizinin sahiblidir və dünya əhalisinin də üçdə ikisi məhz bu 20 dövlətin payına düşür.Bu sözləri SİA-ya deputat Elman Nəsirov deyib.O sözlərinə belə davam edib:“Müqayisə üçün deyim ki, ABŞ Birləşmiş Ştatları bu baxımdan dünyanın ən böyük iqtisadiyyatıdır, ümumi daxili məhsulu 30 trilyon dollardan artıqdır. Çində bu təxminən 20 trilyon dollara yaxınlaşıb, Avrozonada bu təxminən 18 trilyon dollardan bir az artıqdır və bu reallıqlar fonunda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin belə bir nəhəng tədbirə dəvət olunması və Donald Trampın qonağı statusunda bu tədbirdə, bu liderlər sammitində iştirak etməsi qürurverici hadisədir və nəzərə alsaq ki, Azərbaycan bu günləri dünyada orta güc kimi qəbul olunur, amma Azərbaycan Respublikası Prezidenti isə dünyanın aparıcı liderlərindən biri kimi tanınır və ABŞ Prezidenti Donald Tramp dəfələrlə ən yüksək beynəlxalq kürsülərdən Azərbaycan Prezidenti cənab İlham Əliyefə də bildirib ki, siz dünyanın ən güclü liderlərindən birisiniz, sizin fəaliyyətiniz regionda və beynəlxalq aləmdə sülhə və təhlükəsizliyə ciddi töhfələrlə yadda qalıb. Hesab edirəm ki, bütün bu reallıqlar fonunda xüsusilə cənab Prezidentin Ermənistan-Azərbaycan münaqişəsinin cəm olması istiqamətindəki olduğu səmərəli fəaliyyəti nəticəsində nəticəsi olaraq bu tədbirə dəvət alıb və bir daha onu göstərir ki, Azərbaycan-ABŞ münasibətləri strateji xarakter kəsb edir və münasibətlərimizin şaxələndirilməsi üçün yeni imkanlar pəncərəsi açılır və ABŞ Prezidenti Donald Tramp bütün bu reallıqları qiymətləndirir və Azərbaycan Prezidentini bu mühüm bir tədbirə dəvət etmişdir”.
Ayşən Vəli
Azərbaycan Rusiyaya illərdir cəzasız qaldığına görə cəza təqdim etməyə başlayıb...