PDF Oxu

Siyasət

  • 665

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistanda səfərdədirlər

image

Bu gün, avqustun 23-də Özbəkistan Respublikasına səfər edən dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.

Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində Müstəqillik abidəsi ucaldılıb. Prezident Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirililən abidəni sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər çərçivəsində ilk olaraq Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər. Dövlətimizin başçısı abidənin önünə əklil qoyub.

“Səs” qəzeti

Digər xəbərlər