Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfəri çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Əbədi Dostluq Sazişini imzalayıblar. Eyni zamanda, hər iki tərəf Ali Dövlətlərarası Şuranın üçüncü iclasının qərarını qəbul edib.
Yüksək səviyyəli danışıqların sonunda ikitərəfli sənədlərin imzalanması mərasimi olub. O cümlədən pensiya təminatı, mədəniyyət, turizm sahələrində əməkdaşlığa dair sazişlər imzalanıb.
2030-cu ilə qədər iki ölkə arasında ticarət dövriyyəsinin həcminin 1 milyard dollara çatdırılması proqramı qəbul edilib.
İnvestisiya və ticarət sahəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə praktiki tədbirlər planı təsdiq edilib.
Öz növbəsində, xarici işlər nazirlikləri arasında 2027-2028-ci illər üçün əməkdaşlıq proqramı və ədliyyə nazirlikləri arasında 2027-2028-ci illər üçün əməkdaşlıq proqramı qəbul edilib.
Eyni zamanda, kinologiya sahəsində təcrübə mübadiləsi və əməkdaşlığa dair memorandum imzalanıb.
Urganç və Xankəndi, Buxara və Loçin, Urganç və Naxçıvan şəhərləri arasında qardaşlıq əlaqələrinin yaradılması haqqında protokollar imzalanıb.
Bundan əvvəl Köksaroy iqamətgahında prezidentlərin dar çərçivədə görüşü və Ali Dövlətlərarası Şuranın üçüncü iclası keçirilib. Danışıqlar zamanı Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.
Şavkat Mirziyoyev İlham Əliyevin dövlət səfərinin tarixi hadisə olduğunu vurğulayıb.