"Bildiyiniz kimi, son illər Azərbaycan–Özbəkistan əlaqələri sürətlə inkişaf edir və bu gün bu əlaqələrin bu formada inkişafı olduqca xüsusi önəm və əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.Onun sözlərinə görə, bilirsiniz ki, bu günlərdə cənab Prezident növbəti dəfə Özbəkistana səfər edib. Orada çox mühüm görüşlər keçirilib:"Eyni zamanda, Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılması xüsusi önəm və əhəmiyyət daşıyır. Əlaqələrin inkişafı özünün çox ciddi və mühüm töhfəsini verəcək. Son illər ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq inkişaf edir və bu istiqamətdə davamlı müxtəlif addımlar atılır, tədbirlər həyata keçirilir.Hesab edirəm ki, bu universitetin açılması Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafına, xüsusilə təhsil və humanitar sahədə əməkdaşlığın genişlənməsinə öz müsbət təsirini göstərəcək.Bu gün Füzulidə Mirzə Uluqbəy adına orta məktəb fəaliyyət göstərir. Azərbaycan tələbələri Özbəkistanda, Özbəkistan tələbələri isə Azərbaycanda təhsil alırlar. Bu da bizim qeyd etdiyimiz kimi, iki ölkə arasındakı əlaqələrin hansı səviyyədə olduğunu aydın şəkildə göstərir".
Müəllif: Lətifə Musayeva