PDF Oxu

Siyasət

  • 1 119

Nadir Azəri: Azərbaycan Rusiya–Ukrayna sülhü üçün uğurlu vasitəçi ola bilər

image

“Müasir dünyada müharibə, qarşıdurma və münaqişələrin sayı hər keçən gün artır. Bu baxımdan Rusiya-Ukrayna müharibəsi isə xüsusi diqqət çəkir. Çünki bu, həm miqyasına görə, həm də iki slavyan xalqı və dövlətinin bir-birinə qarşı apardığı müharibə kimi tarixə düşüb.Bu sözləri SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.O sözlərinə belə davam edib: “Kimsəyə sirr deyil ki, Rusiya-Ukrayna müharibəsi Rusiyanın Ukraynaya hücumu və Ukrayna ərazilərinin işğalı nəticəsində başlayıb. Lakin heç bir müharibə əbədi davam edə bilməz. Gec-tez tərəflər arasında sülh sazişi imzalanmalıdır. Əsas məsələ isə bunun mümkün qədər tez baş verməsidir.O, qeyd edib ki, bu vaxta qədər Rusiya və Ukrayna arasında sülhlə bağlı müxtəlif görüşlər keçirilib. Lakin təəssüf ki, bu görüşlərdə əsirlərin mübadiləsindən başqa ciddi nəticə əldə olunmayıb: “Müharibənin davam etməsi həm Rusiya və Ukraynaya, həm regiona, həm də ümumilikdə dünyaya mənfi, dağıdıcı təsir göstərir. Buna görə də tərəflərin mümkün qədər tez və ədalətli sülh sazişi imzalaması, yaxud ən azı davamlı atəşkəs razılığına gəlməsi vacibdir”.

Siyasi şərhçi hesab edir ki, bu məsələdə Azərbaycanın vasitəçilik imkanları daha genişdir: “Çünki Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə münasibətlərini qoruyub saxlayıb. Azərbaycan müharibədə tərəf tutmayıb və hər iki ölkə ilə normal münasibətlərini davam etdirib.Təbii ki, Azərbaycan beynəlxalq hüquqa və ərazi bütövlüyü prinsipinə əsaslanaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Axı Azərbaycanın özü də uzun illər işğal problemi ilə üzləşdiyi üçün bu məsələyə xüsusi həssaslıqla yanaşır. Bununla belə, qeyd etdiyimiz kimi, Rusiya–Ukrayna müharibəsinin uzanması fonunda Azərbaycan həm Moskva, həm də Kiyevlə münasibətlərini qoruması, ölkəmizin balanslı diplomatik mövqeyi iki ölkə arasında sülh danışıqlarında vasitəçi olmaq və danışıqlara ev sahibliyi etmək üçün imkan yaradır. Belə bir təşəbbüs həyata keçirilərsə, bu, ilk növbədə, dünyanın ən qanlı münaqişələrindən birinin sona çatmasına töhfə verə bilər. Eyni zamanda bu, Azərbaycanın Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında uğurlu vasitəçi kimi tarixə düşməsi baxımından da mühüm addım olar”.
Ayşən Vəli

Digər xəbərlər