PDF Oxu

Siyasət

  • 1 812

Azərbaycan–Özbəkistan münasibətləri

image

Azərbaycan–Özbəkistan əlaqələrinin bugünkü yüksək səviyyəsində iki ölkə liderləri arasında formalaşmış qarşılıqlı etimad xüsusi əhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə vurğuladığı fikirlər bu əlaqələrin həm mahiyyətini, həm də gələcək istiqamətlərini nümayiş etdirir. İki qardaş xalqı birləşdirən ortaq tarix, dil, mədəniyyət və milli-mənəvi dəyərlər son illərdə dövlətlərarası münasibətlərin də yeni mərhələyə yüksəlməsinə imkan yaradıb.

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan əlaqələrinin hazırkı vəziyyətini, gələcək perspektivlərini və bu münasibətlərin regional əhəmiyyətini dolğun şəkildə nümayiş etdirir. Bakı ilə Daşkənd arasında münasibətlər artıq klassik dostluq və tərəfdaşlıq çərçivəsini aşaraq hərtərəfli müttəfiqlik səviyyəsinə yüksəlib.

Müsahibə zamanı Dövlətimizin Başçısı cənab İlham Əliyev bildirmişdir ki, “Özbəkistan tərəfi ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir. İşğaldan azad edilmiş Füzuli rayonunda “Dostluq bağı” adlandırılan 100 hektarlıq nar bağının salınmasını, həmçinin “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlığı bu istiqamətdə xüsusi qeyd etmək olar. Arayış üçün deyə bilərəm ki, 2026-cı il iyulun 13-nə olan məlumata görə, ümumilikdə “Chevrolet” markalı 10 min 720 avtomobil və “Isuzu” markalı 275 avtobus istehsal edilib. Hazırda ölkəmizdə Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib və onlar müxtəlif iqtisadi sektorlarda - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərirlər. Özbək şirkətlərinin Azərbaycanda fəaliyyəti ölkələrimiz arasında qarşılıqlı etimadın, əlverişli investisiya mühitinin və güclü iqtisadi tərəfdaşlığın göstəricisidir.” Qeyd edək ki, Azərbaycan–Özbəkistan münasibətləri tarixinin ən yüksək inkişaf mərhələsini yaşayır. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, investisiyalar, enerji, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə əldə olunan nəticələr Azərbaycan və Özbəkistanın uzunmüddətli müttəfiq olduqlarını təsdiqləyir.

Elməddin Abbasov,

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Digər xəbərlər