PDF Oxu

Siyasət

  • 504

Energetika sahəsində əməkdaşlıq da Azərbaycan–Özbəkistan iqtisadi tərəfdaşlığının mühüm istiqamətlərindən biridir

image

Bildiyiniz kimi bu gün Azərbaycan–Özbəkistan arasında iqtisadi əməkdaşlıq bütün əsas sahələr üzrə uğurla davam edir. Ticarət, investisiya, sənaye, kənd təsərrüfatı, energetika, nəqliyyat və logistika istiqamətlərində əlaqələrin genişləndirilməsi iki ölkənin iqtisadi potensialının daha səmərəli şəkildə birləşdirilməsinə imkan yaradır. Birgə layihələrin və müəssisələrin yaradılması, qarşılıqlı investisiyaların artırılması və sahibkarlar arasında əlaqələrin gücləndirilməsi iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu, Özbəkistanın isə Mərkəzi Asiyadakı mühüm iqtisadi potensialı əməkdaşlığın gələcək inkişafı üçün geniş imkanlar yaradır. Xüsusilə Orta Dəhliz çərçivəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də energetika, kənd təsərrüfatı və sənaye sahələrində yeni layihələrin həyata keçirilməsi qarşılıqlı ticarətin və investisiyaların artmasına şərait yaradacaq.Bununla yanaşı, iki ölkə arasında biznes və sahibkarlıq əlaqələrinin inkişaf etdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı biznes forumlarının, sərgilərin və işgüzar görüşlərin keçirilməsi şirkətlər arasında yeni tərəfdaşlıqların qurulmasına və birgə investisiya imkanlarının artırılmasına şərait yaradır. Bu əməkdaşlıq qeyri-neft sektorunun inkişafına, yeni istehsal sahələrinin yaradılmasına və əlavə iş yerlərinin açılmasına müsbət təsir göstərir.
Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. Aqrar məhsulların istehsalı və emalı, müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi, təcrübə mübadiləsi və məhsulların qarşılıqlı bazarlara çıxarılması hər iki ölkənin iqtisadi maraqlarına cavab verir. Bu istiqamətdə birgə layihələrin artırılması kənd təsərrüfatının inkişafına və ərzaq təminatının gücləndirilməsinə mühüm töhfə verə bilər. Energetika sahəsində əməkdaşlıq da Azərbaycan–Özbəkistan iqtisadi tərəfdaşlığının mühüm istiqamətlərindən biridir. Ənənəvi enerji ilə yanaşı, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və yaşıl enerji layihələri üzrə əməkdaşlıq üçün geniş perspektivlər vardır. Qarşılıqlı təcrübə və texnoloji imkanlardan istifadə etməklə yeni enerji layihələrinin reallaşdırılması regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.Gələcəkdə Azərbaycan–Özbəkistan iqtisadi əlaqələrinin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Yeni investisiya layihələrinin həyata keçirilməsi, müasir texnologiyaların tətbiqi, nəqliyyat-logistika imkanlarından səmərəli istifadə və qarşılıqlı ticarətin artırılması iki ölkənin iqtisadi tərəfdaşlığını daha da möhkəmləndirəcək. Ümumilikdə, Azərbaycan–Özbəkistan iqtisadi əməkdaşlığı hər iki ölkənin davamlı inkişafına, qarşılıqlı rifahına və regionda iqtisadi əlaqələrin güclənməsinə xidmət edir.

Sevinc Həsənova

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Digər xəbərlər