PDF Oxu

Siyasət

  • 1 581

“Azərbaycan–Özbəkistan münasibətləri sarsılmaz dostluq və qardaşlıq üzərində qurulub” - DEPUTAT

image

"Azərbaycan–Özbəkistan əməkdaşlığı sağlam münasibətlər, dostluq və qardaşlıq ənənələri əsasında qurulub və yüksələn xətt üzrə inkişaf edir". Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.Onun sözlərinə görə, bu dövlətlərin bir-birinə sağlam münasibəti, ən mötəbər beynəlxalq tribunalarda bir-birinin mövqeyinə söykənməsi və bir-birlərini dəstəkləməsi, əlbəttə ki, bu tərəfdaşlığı və əməkdaşlığı gündən-günə genişləndirir və möhkəmləndirir:"Azərbaycan Prezidenti cənab İlham Əliyev bir neçə dəfə Özbəkistana rəsmi səfərlər edib və bu səfərlər zamanı imzalanan sənədlər, bağlanan müqavilələr və verilən bəyanatlar böyük əhəmiyyətə malikdir. İkitərəfli strateji tərəfdaşlığın dərinləşməsi haqqında bəyannamə, müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanıb, eləcə də Ali Dövlətlərarası Şura təsis edilib ki, bu da hər iki dövlətin sosial-iqtisadi inkişafına yeni imkanlar yaradır.Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin ölkəmizə səfərləri də dostluq və qardaşlıq münasibətlərinə yeni bir məna verib, münasibətlərin möhkəmləndirilməsində, taleyüklü məsələlərin müzakirəsində və həllində əhəmiyyətli rol oynamaqla bərabər, həm də Türk Dövlətləri Təşkilatının təşkilatlanmasına öz töhfələrini vermişdir.İki dövlət arasında son illərdə iqtisadi-ticari əməkdaşlıq sürətlə inkişaf etməkdədir. Əgər rəqəmlərə nəzər salsaq, biz bunu aydın görərik. 2025-ci ildə əvvəlki illə müqayisədə ticarət dövriyyəsi üç dəfədən çox artaraq artıq 795 milyon dollar səviyyəsinə yüksəlmişdir.Energetika sektorunda, yaşıl enerji sahəsində, tranzit daşımalarında, mədən, emal əlaqələrində, təhsil, media, turizm və digər sahələrdə uğurlu nəticələr var və, əlbəttə ki, bu nəticələr hər iki dövlətin milli maraqlarına uyğundur, xalqların sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir.Özbəkistan Mərkəzi Asiya dövlətləri arasında seçilən, inkişaf edən, tanınan və öz yeri olan bir dövlətdir. Əlbəttə ki, Mərkəzi Asiya ölkələrinin dostluğunun, birliyinin təmin olunması və Türk Dövlətləri Təşkilatı sırasında onların yerinin möhkəmlənməsi türk xalqları üçün, Azərbaycan üçün, eləcə də Türkiyə üçün çox vacib və əhəmiyyətlidir.Bu baxımdan Azərbaycan Prezidenti öz vəzifəsini daim ortaya qoyub. Türk Dövlətləri Təşkilatının yaradıcılarından biri kimi, ona ən önəmli dəstək verən bir lider kimi daim Türk dövlətlərinin birliyinin təmin olunmasına çalışıb və Özbəkistanın bu sahədə xidmətlərini yüksək qiymətləndirməklə digər dövlətlərin də təşkilat tərəfindən sıx birləşməsinə lazımi kömək və dəstəklər göstərmişdir.Qurtaran gələcəyin ifadəsində Mərkəzi Asiya ölkələrinin infrastruktur, nəqliyyat sektoru infrastrukturunun genişləndirilməsi, əlbəttə ki, gələcək üçün çox böyük perspektivlər verir. Bunu cənab Prezident bu çıxışında dəfələrlə səsləndirmişdir və Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə Özbəkistan–Azərbaycan birliyinin sarsılmaz, daimi və əbədi olduğunu bir daha göstərmişdir.Cənab Prezident Özbəkistanda çox böyük hörmət və ehtiramla qarşılanmışdır. Bu, səbəbsiz deyil. Çünki Azərbaycan Prezidenti bu gün dünyada sülhün, əmin-amanlığın, qardaşlığın, regionda, Cənubi Qafqazda, Mərkəzi Asiya ölkələrində, eləcə də dünyada sülhün bir təməlçisi kimi çıxış edir.Özbəkistanın bu sahədəki fəaliyyəti də önəmlidir və iki dövlətin birliyi, qardaşlığı bir daha göstərir ki, bu ənənələr, bu münasibətlər bundan sonra da daha sürətlə inkişaf edəcək və dövlətlərin rifahı, inkişafı, xalqların dostluğu durmadan irəli gedəcəkdir".

Müəllif: Lətifə Musayeva

Digər xəbərlər