PDF Oxu

Siyasət

  • 1 198

“Azərbaycan artıq Cənubi Qafqazda yeni siyasi nizam yaradır” - POLİTOLOQ

image

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin G20 liderlərinin sammitinə dəvət olunması Azərbaycanın artıq Orta Asiya kimi qəbul olunmasının göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.Onun sözlərinə görə, Azərbaycan artıq Cənubi Qafqazda yeni bir siyasi nizam yaradır: "Təkcə Cənubi Qafqaz yox, Xəzər hövzəsi, Mərkəzi Asiya və digər istiqamətlərlə təbii olaraq əsas nəqliyyat habına çevrilib.Azərbaycan bu gün siyasi nizamını müəyyən edir. Yəni belə bir liderin, ölkənin dəvət olunması təbii ki, qlobal siyasətdə Azərbaycanın rolunun artdığının göstəricisidir.Azərbaycan hər zaman beynəlxalq və regional müstəvidə sülhü və təhlükəsizliyi təşviq edib. Dünyanın super ölkələri ilə, Çinlə, ABŞ – Birləşmiş Ştatları ilə, həmçinin Avropa İttifaqı ilə münasibətləri yüksək səviyyədə saxlayır və qarşılıqlı iqtisadi əlaqələri yüksəldir.Bu, Azərbaycanın təbii ki, regionda artan rolunun bir növ dünyanın da, bütün ölkələrin də Cənubi Qafqaza marağını artırmasına gətirib çıxarır. Bu artıq Cənubi Qafqazın bir sabitlik adasıdır. Bu da təbii ki, Azərbaycan rəhbərliyinin apardığı siyasətin nəticəsidir.Ona görə də Prezidentin G20 sammitinə dəvət olunması Azərbaycanın qlobal miqyasda artan rolunun göstəricisidir".

Müəllif: Lətifə Musayeva

Digər xəbərlər