PDF Oxu

Siyasət

  • 853

"Laçın – Zəfərdən dirçəlişə" - FOTO

image

​Lerik rayon Heydər Əliyev Mərkəzində rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq ili" çərçivəsində keçirilən növbəti tədbir 26 avqust – Laçın şəhəri gününə həsr olunub.
"Laçın – Zəfərdən dirçəlişə" adlanan tədbirdə əvvəlcə Vətən torpaqlarının azadlığı uğrunda özlərini fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra iştirakçılara Laçının tarixi, işğal dövrü və Zəfərdən sonrakı dirçəliş mərhələlərini özündə əks etdirən "Laçın" sənədli filmi göstərilib.
​ Laçın şəhərinin işğaldan azad olunmasının tarixi və strateji əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfərdən qürurla söhbət açan natiqlər onu da bildiriblər ki, ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı əsasında 26 avqust tarixinin Laçın Şəhəri Günü kimi təsis edilməsi xalqımızın milli qürurunun və zəfər salnaməsinin parlaq təcəssümüdür.
Çıxışlarda, eləcə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Laçında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, tarixi və mədəni abidələrin bərpası, müasir infrastrukturun qurulması, soydaşlarımızın doğma yurdlarına böyük qayıdışı xüsusi qeyd olunub, bu gün Laçın təkcə azadlığın deyil, həm də sürətli dirçəlişin və müasir şəhərsalmanın nümunəsinə çevrildiyi deyilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər