Azərbaycan–Özbəkistan ticarət əlaqələrinin inkişafı, əlbəttə, ilk növbədə, Özbəkistanın Avropa bazarlarına çıxışının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Bu sözləri SİA-ya deputat Fazil Mustafa deyib.O sözlərinə belə davam edib: “Eyni zamanda, Orta Asiya dövlətlərinin bir qisminin Azərbaycan üzərindən bu prosesdə iştirak etməsi ölkəmizin tranzit imkanlarını daha da genişləndirir. Azərbaycanın Çin bazarına çıxışı baxımından da bu tranzit yolu olduqca əlverişlidir.Əsas məqam isə ondan ibarətdir ki, türk dövlətlərinin inteqrasiyası kontekstində Azərbaycan və Özbəkistan kimi iki mühüm ölkənin bu prosesdə fəal iştirakı digər türk dövlətlərinin də prosesə daha sürətli qoşulmasına imkan verəcək. Beləliklə, artıq vahid və cəlbedici türk bazarının formalaşdırılması istiqamətində kifayət qədər ciddi addımlar atılır və bu, əlbəttə, sevindirici haldır”.
Ayşən Vəli