PDF Oxu

Siyasət

  • 1 314

Paşinyan kimin əlinə “oynayır”?

image

Mətləb Salahov: “İndiki zamanda Azərbaycanla Sülh müqaviləsi hazırlamaq və yaxud erməni konstitusiyasındakı işğalçılıq müddəalarını qoparıb atmaq onun heç yadına da düşmür”

“Artıq bir neçə gündür Robert Koçaryandan başlamış digər keçmiş revanşist müxalifətçilərə qədər bir çoxlarını həbsxanalara doldurmaqla məşğul olan Nikol Paşinyan var gücü ilə öz siyasi hakimiyyətinin təhlükəsizliyini təmin etməklə məşğuldur. Parlament seçkilərindəki uğurlu nəticədən sonra Ermənistanın baş nazirinin özünə sərf edən, daha çox şəxsi hakimiyyətinin hüquqi təhlükəsizliyi üçün laızm olan maddələrdən ibarət yeni Ermənistan Konstitusiyası layihəsini hazırlayacağı, daha çox öz siyasi hakimiyyətinin gücləndirilməsi ilə məşğul olacağı barədə dediklərimiz artıq gerçək siyasi reallıq kimi qarşımızda durur.
N.Paşinyan hazırda var gücü ilə öz hakimiyyətinin daha böyük ictimai rıçaqlara sahib olması və Ermənistanda bir qədər də özünün despot rejimini yaratmaq üçün işə girişib. İndiki zamanda erməni konstitusiyasındakı işğalçılıq və Azərbaycan əleyhinə ərazi iddiaları ilə dolu cızmaqaraları kökündən qoparıb atmaq onun heç yadına da düşmür”.
Bu fikirləri SİA-ya açıqlamasında araşdırmaçı jurnalist Mətləb Salahov bildirib. M.Salahov qeyd edib ki, ötən il Vaşinqtonda imzalanan razılaşmalardan xeyli müddət keçsə də hələ ki, İrəvandan sülhlə bağı heç bir ciddi səs-soraq yoxdur. “Bir çox qərbpərəst erməni analitikləri N.Paşinyanı Vladimir Putinin “gizli adamı” kimi təqdim edir, onun hazırda Moskvanın maraqlarına əks olan heç bir addım atmadığını elan edirlər.
Düzdür, siyasət elə bir məsələdir ki, onun əsl üzünü görmək və sirlərə agah olmaq çox çətin arzudur. Biz bilmirik ki, N.Paşinyan kimin siyasi layihəsidir. Lakin tək bildiyim odur ki, Azərbaycan və Türkiyə məsələsində həm Qərb, həm də Moskva eyni mövqedən çıxış edirlər. Həm Qərbdəkilər üçün, həm də Moskvada əyləşənlər üçün Ermənistanı ayaq üstünə qaldırmaq və bölgədə Azərbaycan əleyhinə ondan yararlanmaq istəyi əbədiyyətə qədər davam edəcək. Bu, sadəcə dəyişməyən reallıqdır”.
Afət Tahirqızı

Digər xəbərlər