Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana reallaşdırdığı dövlət səfəri və həmçinin səfər çərçivəsində dövlət başçılarının mətbuata söylədikləri bəyanatlar bir daha Türk dünyasının birliyini, regionun geosiyasi gələcəyini və həmdə ölkələrimizin milli maraqları baxımından böyük və tarixi bir mərhələdir. Prezidentimiz İlham Əliyevin Daşkənddə verdiyi bəyanat yalnız ikitərəfli diplomatik münasibətlərin yekunu kimi deyil,eyni zamanda Azərbaycanımızın dövlət siyasətinin, xarici strategiyasının nə qədər uzaqgörən və sarsılmaz əsaslar üzərində qurulduğunun növbəti sübutu və təzahürüdür.
Strateji Müttəfiqliyimiz və Qardaşlıq Həmrəyliyimiz gücümüzün bir daha bariz nümunəsidir.
Prezidentimizin xüsusi vurğuladığı kimi, Azərbaycan ilə Özbəkistan dövlətləri arasında münasibətlər sadəcə diplomatik əlaqələrlə məhdudlaşmır, həmçinin bu əlaqələrimiz ortaq köklərimizə, mənəvi dəyərlərimizə və sarsılmaz qardaşlığımızın iradəsinə söykənir. İki ölkə arasında strateji tərəfdaşlığın müttəfiqlik səviyyəsinə qədər yüksəlməsi dövlətimizin bir daha beynəlxalq aləmdə artan nüfuzunun və Mərkəzi Asiya regionu ilə inteqrasiya xəttinin uğurla həyata keçirilməsinin bariz göstəricisidir.
Bununla yanaşı Azad edilmiş torpaqlarımızda yəni Qarabağımızda Özbəkistanın həyata keçirdiyi quruculuq layihələri, Füzuli rayonunda inşası tamamlanan məktəb və digər sosial infrastruktur obyektləri real qardaşlığımızın bir daha unudulmaz nümunəsidir. Cənab Prezidentimizin də qeyd etdiyi kimi, Özbəkistan Qarabağımızın bərpasında praktiki köməklik göstərən ilk dövlətlərdəndə biridir və bu dəstək xalqımızın qəlbində həmişə yüksək qiymətləndiriləcəkdir.
İqtisadi, Enerji və Nəqliyyat İnteqrasiyası da dövlətlərimiz arasında əsas məsələlərdən biridir.
İki ölkə rəhbərinin bəyanatlarında əksini tapan əsas istiqamətlərdən biri də iqtisadi platformanın təcili surətdə genişləndirilməsidir.Buna misal olaraq,
Ticarət dövriyyəsinin artırılmasnı misal çəkmək olar.Ticarət həcminin 1 milyard dollara çatdırılması istiqamətində konkret yol xəritəsinin müəyyən olunması.
Orta Dəhliz və Lojistika da mühüm məsələlərdən biridir. Xəzər dənizi və Cənubi Qafqaz üzərindən keçən nəqliyyat-logistika marşrutlarının imkanlarının genişləndirilməsi, Türk dövlətlərini birləşdirən tranzit qovşaqlarının gücləndirilməsi Türk dünyası üçün ən önəmli nüanslardan biridir.
Birgə Sərmayə Vədibə: Enerji, sənaye, kənd təsərrüfatı və innovasiyalar sahəsində birgə investisiya fondlarının fəaliyyətinin dərinləşdirilməsi dövlətlərimizin qardaşlıq və müttəfiqlik gücünün bariz nümunəsidir.Bu göstəricilər bir daha Prezidentimizin Türk dünyasına verdiyi töhfələr və Dövlətimizin Türk Dövlətlərinin Birliyinin əsas priotret məsələ kimi qiymətləndirib tək ailəsinin Türk dünyası olduğunun göstəricisidir.
Milli Liderimizə və Dövlətimizə Sonsuz Dəstəyimiz hər zaman davam edəcək.
Bu gün müstəqil Azərbaycan dövləti Ali Baş Komandanımızdan Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən qüdrətli dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərimizdən sonra ölkəmizin regionda yaratdığı yeni reallıqlar beynəlxalq müstəvidə qəbul edilir və həmçinin dəstəklənir. Avqustun 23-də Daşkənddə səslənən bəyanat bir daha göstərdi ki, Azərbaycan regional lider kimi öz sözünü deyir və Türk dünyasının vahid güc mərkəzinə çevrilməsində həlledici rol oynayır.
Biz gənclər və ziyalılar olaraq, ölkəmizin suverenliyini, iqtisadi müstəqilliyini və xarici siyasət kursunu tam tərkibdə dəstəkləyirik və dəstəkləməyə davam etməliyik Prezidentimizin hər bir addımı, imzaladığı hər bir sənəd və xarici səfərlərdə nümayiş etdirdiyi qətiyyətli mövqe dövlətimizin milli maraqlarına, xalqımızın rifahına və gələcək nəsillərin təhlükəsizliyinə xidmət edir.
Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşərək, güclü dövlət və qüdrətli Azərbaycan naminə həyata keçirilən bütün strateji islahatları və qardaş ölkələrlə qurduğumuz möhkəm ittifaqı qürurla alqışlayırıq,çünki bizim tək ailəmiz Türk Dünyasıdır.
Elgün Rüstəmli
YAP Yasamal Rayon Təşkilatının gənc fəalı