PDF Oxu

Siyasət

  • 1 412

Bu batan gəmidə Azərbaycan vətəndaşları da olub - AÇIQLAMA

image

Şimali Kipr sahillərində batan bərənin heyətində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov olub. SİA xəbər verir ki, bunu AZƏRTAC-a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orhan Həsənoğlu açıqlayıb. "Hər ikisi xilas edilib", - o bildirilib.

Azərbaycan vətəndaşları ilkin tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıblar: "Onların sağlamlıqları üçün təhlükə yoxdur".

Xatırladaq ki, Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 7 nəfər ölüb, 237 nəfər xilas edilib.

Mətləb

Digər xəbərlər