Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 4 mart tarixli 78-IVQD nömrəli Qanununun tətbiq edilməsi barədə, Heydər Almas oğlu Abbasovun Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə, Nazim Mehdi oğlu İsmayılovun Şamaxı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında, Nazim Mehdi oğlu İsmayılovun Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi barədə, Asif Salman oğlu Məmmədovun Balakən rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında, Asif Salman oğlu Məmmədovun Şamaxı rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi barədə, habelə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 18 mart tarixli 91-IVQD nömrəli Qanununun tətbiqi haqqında, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 4 mart tarixli 79-IVQD nömrəli Qanununun tətbiq edilməsi barədə bir sıra Sərəncamlar imzalayıb.