31 avqust 2026-cı ildə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Göycəli kənd” Ərazi Partiya Təşkilatında seçki yığıncağı keçirilib.İlk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Yığıncaqda YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev çıxış edərək bildirib ki, “Göycəli kənd” Ərazi Partiya Təşkilatına yeni sədr müavinin seçilməsi üçün seçki yığıncağı təşkil olunub. Partiya üzvlərinin səsverməsi nəticəsində “Göycəli kənd” Ərazi Partiya Təşkilatına Nəsibov Cəlal Məhəmməd oğlu sədr müavini seçilib.
YAP Ağstafa rayon təşkilatının əməkdaşları yeni seçilmiş sədr müavinini təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıblar, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıblar.