PDF Oxu

Siyasət

  • 729

Mürəkkəb situasiyalardan xilas olmaq üçün imkanlar tükənməyib - ŞƏRH

image

Əhalisi və xüsusilə seçiciləri qarşısında məsuliyyət daşıyan, amma səlahiyyəti olmayan İran prezidenti Məsud Pezeşkianın televiziyaya müsahibəsilə tanış oldum. Reallığı düzgün dərk edən Məsud bəy İranı gözləyən faciələri etiraf edib. O, bildirir: Ölkə iqtisadiyyatı ağır vəziyyətdədir, gəlirlər azalıb, ölkənin gəlirləri ilə xərcləri arasında ciddi uyğunsuzluq var. Sanksiyalar aradan qalxmalıdır”.

Bəli, bu ifadələr uçurum qarşısında olan bir ölkənin qanuni yolla seçilmiş prezidentinin narahatlığı və bəlkə də özünü sığortalamasıdır. Məsud Pezeşkian anlayır ki, müharibənin yaratdığı çətinliklər, ABŞ-ın tətbiq etdiyi sanksiyalar əhalinin vəziyyətini daha da ağırlaşdıracaq. Sosial-iqtisadi vəziyyətin kəskinləşməsi kütləvi etirazlara səbəb olacaq. İnsanlar İrana faktiki nəzarət edən SEPAH-a deyil, seçilmiş prezidentdən vəziyyətin bu günə düşməsinin səbəbini soruşacaqlar.

Görünən odur ki, İranı faktiki idarə edən qüvvələr Tramp administrasiyası ilə heç vəclə razılığa gəlmək fikrində deyil. O zaman ABŞ-ın İranla müharibədən və tətbiq etdiyi sanksiyalardan vaz keçməyəcəyi şübhəsizdir. Amma, lakin İranın və əhalisinin bu sanksiyalara nə qədər dözəcəyi bəlli deyil.

Məsud Pezeşkian prezident taxtına çıxdığı ilk dönəmlərdən bütün dövətlərlə iqtisadi-siyasi qarşılıqlı əməkdaşlığın dərinləşməsinə hər zaman səy göstərib. Amma İranı idarə edən mühafizəkar qüvvələr onu və onun mütərəqqi fikirlərini kölgədə qoyublar. Belə mürəkkəb situasiyalardan həm dövləti, həm də əhalini xilas etmək üçün imkanlar tükənməyib.

Lakin region üçün çox təhlükəli tendensiyalar sürətlə davam etməkdədir. Bir gün bu qatar son dayanacağa çatacaq. O zaman indiki reallığı, Məsud Pezeşkianın bugünkü etiraflarını dərk etmək gecikmiş addım olar.

Əkrəm Bəydəmirli

Digər xəbərlər