01 sentyabr 2026-cı ildə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Rəsulzadə küçəsi 7” Ərazi Partiya Təşkilatında seçki yığıncağı keçirilib.
İlk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev çıxış edərək bildirib ki, “Rəsulzadə küçəsi 7” Ərazi Partiya Təşkilatına yeni sədr müavini seçilməsi üçün seçki yığıncağı təşkil olunub.
Partiya üzvlərinin səsverməsi nəticəsində “Rəsulzadə küçəsi 7” Ərazi Partiya Təşkilatına Əliyev Boran Mahir oğlu sədr müavini seçilib.
YAP Ağstafa rayon təşkilatının əməkdaşları yeni seçilmiş sədr müavinini təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıblar, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıblar.