PDF Oxu

Siyasət

  • 554

Səfərbərlikdən yayınmaq istəyənlər 10 min dollar ödəyirlər - FOTO

image

Ukrayna Ali Radanın İnsan Hüquqları üzrə Komissarı Dmitri Lubinets bildirib ki, ölkədə məcburi səfərbərlik zamanı pozuntulara yol verilir. Onun szölərinə görə, məcburi səfərbərlikdən yayınmaq istəyənlər 10 min ABŞ dolları ödəyirlər. Hətta bu rəqəm bəzi hallarda 15 min dollara yüksəlir.

Qeyd edək ki, Dmitri Lubinets bu barədə açıq şəkildə danışan ilk şəxslərdən biridir. Buna görə də, insan hüquqları icmasındakı bəzi həmkarları Lubinetsdən səfərbərliyə qarşı ritorikadan siyasi tramplin kimi istifadə etməyə və hətta ombudsmanların müəyyən müddətə namizəd olmaq hüququnu məhdudlaşdırmağı təklif etməyə çalışmaqda şübhələnirlər. Səlahiyyət müddəti bir ildən sonra başa çatan Ali Radanın İnsan Hüquqları üzrə Komissarı müharibənin uzun müddət davam edəcəyinə və döyüşlər tamamilə bitənə qədər seçkilərin mümkün olmadığına əmindir.

"Ukrayinska Pravda"ya verdiyi müsahibədə Lubinets səfərbərlik təklifini izah edir, ruslarla danışıqlardan və Mariupol müdafiəçilərinin üzləşdiyi fəlakətli vəziyyətdən danışıb.

İlham

Digər xəbərlər