Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vesti xəbər xidmətinə verdiyi müsahibədə bildirib ki, Ermənistanda Avropa Birliyinə qoşulmaqla bağlı mümkün referendum ermənilər və bu yaxınlarda Avropa inteqrasiyası ilə bağlı səsvermənin keçirildiyi İslandiya sakinləri arasındakı hisslərdəki fərqi ortaya çıxaracaq: “İslandiyalılar bunu istəmirdilər. Görək islandiyalılar və ermənilər arasında nə fərq var”.
Peskov həmçinin baş nazir Nikol Paşinyanın Rusiyanın artıq Ermənistan üçün strateji tərəfdaş olmadığı barədə açıqlamasına da münasibət bildirib. Kremlin sözçüsünün sözlərinə görə, Moskva hələ də Rusiya-Ermənistan əməkdaşlığının hər iki ölkənin xalqlarının maraqlarına uyğun olduğuna inanır: “Əgər cənab Paşinyan fərqli düşünürsə və bunu ermənilərə izah edə bilirsə, referendum keçirilərsə, ermənilər referendumda müvafiq olaraq səs verəcəklər”.
Xatırladaq ki, referendumda İslandiya seçicilərinin əksəriyyəti üzvlük danışıqlarının bərpasına qarşı səs verib. Bundan sonra Baş nazir Kristun Fróstadóttir yeni üzvlük danışıqlarını rədd etdi.
İlham