PDF Oxu

Siyasət

  • 15

Prezident bir sıra Sərəncamlar imzalayıb

Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan bəzi qurumlarla bağlı tədbirlər haqqında, Dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə, İmişli Rayon Məhkəməsinin hakimi Qubadəli Əli oğlu Rzayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında, Əli Teymur oğlu Nağıyevin Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılması barədə Sərəcamlar imzalayıb. Bundan başqa ölkə Prezidenti, İsfəndiyar Bəxtiyar oğlu Vahabzadənin Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında, İsfəndiyar Bəxtiyar oğlu Vahabzadənin Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında, Azər Tofiq oğlu Hüseynin Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında, Azər Tofiq oğlu Hüseynin Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında, Namiq Həsən oğlu Əliyevin Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə, Namiq Həsən oğlu Əliyevin Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında, "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri haqqında. Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında, Aydın İsmayıl oğlu Əlihüseynovun Oğuz rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə və Eyvaz Daşdəmir oğlu Qurbanovun Oğuz rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında bir svra Sərəncamlar imzalayıb.

Digər xəbərlər