PDF Oxu

Siyasət

  • 13

Azərbaycan ilə Litva arasında əlaqələr uğurla inkişaf edir

Azərbaycan ilə Litva arasında əlaqələr uğurla inkişaf edir
Prezident İlham Əliyev dünən Litva Respublikasının daxili işlər naziri Raymundas Palaytisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu münasibətləri bütün sahələrdə genişləndirməyin zəruriliyini bildirdi. Ölkələrimizin müvafiq qurumları arasında müxtəlif sahələrdə yaxşı əlaqələrin yaradılmasının vacibliyini qeyd edən dövlətimizin başçısı bu baxımdan Litva Respublikasının daxili işlər naziri Raymundas Palaytisin ölkəmizə səfərinin uğurlu və məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirdi. Litva Respublikasının daxili işlər naziri Raymundas Palaytis bildirdi ki, Azərbaycan çox uğurla inkişaf edən bir ölkədir və Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluq hissi duyur. Raymundas Palaytis dünyanın hər yerində maliyyə böhranının hökm sürməsinə baxmayaraq, Azərbaycanda iqtisadi artımın olduğunu xüsusi vurğuladı. Raymundas Palaytis ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlıq etməyə maraqlı olduğunu bildirdi.

Digər xəbərlər