Gecə saatlarında Goranboy rayonunda sursat anbarında yanğından sonra Nizami və Xoylu kəndlərinin sakinləri təxliyə olunublar. Bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunur. Partlayışdan dərhal sonra Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.
Hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə edilib.
Xəsarət alan olmayıb, hazırda partlayışın səbəbi məlum deyil. Hadisənin təfərrüatları araşdırılır.
İlham