PDF Oxu

Siyasət

  • 1 410

Trans-Xəzər marşrutu Bakı-Astana əməkdaşlığının iqtisadi və geosiyasi əhəmiyyətini artırır -DEPUTAT DANIŞDI

image

“Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayevlə görüşü iki ölkə arasında münasibətlərin strateji xarakterini bir daha nümayiş etdirdi”.Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.Onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində baş tutan görüş ikitərəfli əlaqələrin gündəliyinin müzakirəsi ilə yanaşı, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında qarşılıqlı bağlantıların möhkəmləndirilməsi baxımından diqqət çəkir:”Ümumiyyətlə, Azərbaycan–Qazaxıstan münasibətləri fəal inkişaf edir və bu əməkdaşlığın uğurlu inkişafı iki dövlət başçısının siyasi iradəsi hesabına mümkündür.Görüşün əsas strateji istiqamətlərindən biri nəqliyyat-logistika əməkdaşlığı və Orta Dəhliz məsələsi oldu. Azərbaycan və Qazaxıstan son illərdə Avrasiya nəqliyyat xəritəsində mühüm mövqelərə malik iki ölkə kimi çıxış edir. Xəzər dənizi üzərindən Mərkəzi Asiyanı Azərbaycan və daha sonra Avropa ilə birləşdirən Trans-Xəzər marşrutunun inkişafı Bakı ilə Astana arasında əməkdaşlığın iqtisadi və geosiyasi çəkisini artırır.

Bu baxımdan Orta Dəhliz Bakı və Astananın regional iqtisadi proseslərdə rolunu gücləndirən, Şərqlə Qərb arasında yeni bağlantılar yaradan strateji platformadır. Görüşdə bu istiqamətdə əməkdaşlığın perspektivlərinin müzakirə olunması göstərir ki, tərəflər mövcud imkanları daha da genişləndirmək niyyətindədirlər.
Azərbaycan–Qazaxıstan həm də türk dünyasının inteqrasiyası, Xəzər regionunda əməkdaşlıq, nəqliyyat və enerji bağlantılarının inkişafı, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələlərində yaxın mövqelərə malikdir.
Bişkek görüşündə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin növbəti sammitinin Bakıda keçirilməsi məsələsinə də toxunulması xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın regional nəqliyyat və iqtisadi layihələrlə yanaşı, daha geniş beynəlxalq diplomatik platformalarda da fəal rolunu nümayiş etdirir.
Bu mənada Bişkek görüşünü Azərbaycan və Qazaxıstanın dəyişən Avrasiya geosiyasi və iqtisadi məkanında ortaq imkanlarını genişləndirmək üçün koordinasiyalı fəaliyyətinin göstəricisi kimi qiymətləndirmək olar”.
Müəllif: Günay Hacıyeva

Digər xəbərlər