ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə "sülh sazişi bağlamağa hazır olduğumuz zaman" sammit keçirəcəyini bildirib. Bu barədə o Ağ Evdə keçirilən mətbuat konfransında qeyd edib: “İstəsəm, bunu edəcəyik, amma sülh sazişi bağlamağa hazır olduğumuz zaman bunu etmək istəyirəm. Bunu etmək istəyirəm, bilirsiniz, Rusiya, Ukrayna, hər kəslə yaxşı münasibətlərimiz olsun. Bu, biznes üçün əla olardı. Rusiyanın gözəl torpağı, çox dəyərli torpağı var və orada bir çox yaxşı şeylər baş verir”.
D.Tramp görüşün "dərhal" təşkil edilə biləcəyinə əminliyini ifadə edib, lakin Ukraynadakı müharibə bitdikdən sonra bunu etmək istəyir."Mən bunu bu müharibə bitdikdə etmək istəyirəm və düşünürəm ki, edəcəyik", - deyə Tramp əlavə edib.
Xatırladaq ki, ABŞ Maliyyə Naziri Skott Bessent G20 sammiti çərçivəsində rusiyalı həmkarı Anton Siluanovla görüşündə onu Ukraynaya qarşı müharibəyə son qoymağa çağırmışdı.
31 avqustda ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə danışdıqdan sonra Prezident Volodymir Zelensky Stiv Vitkov və Cared Kuşnerin Ukraynaya səfərə hazırlaşdıqlarını açıqladı.
İlham