PDF Oxu

Siyasət

  • 425

Nasistlər 6 sentyabr seçkilərinin qalib olmaq üçün səfərbər olunublar - FOTO

image

Avropanın bütün ərazilərində nasistlərin oyanışı və siyasi hakimiyyətlərə təzyiqləri geniş xarakter alır. Xüsusilə də, A. Hitlerin Vətəni olan Almaniyada nasizm daha amansız olmaqla irtiçaçıdır. Məqsəd və hədflərinə çatmaq üçün hər cür vasitə və üsullardan istifadə edirlər. Sentyabrın 6-da Meklenburq-Ön Pomeraniya əyalətində keçiriləcək yerli seçkilərdə nasist partiya böyük üstünlük qazanacaqları ehtimal olunur. Bunu aparılan sorğularda təsdiq edir: “Sorğuya görə, Meklenburq-Ön Pomeraniya əyalət seçkilərinə SPD 32% dəstək qazanıb və AfD-dən (35%) cəmi 3 faiz bəndi geridə qalıb. İyul ayında keçirilən sorğu ilə müqayisədə onlar mövqelərini üç faiz bəndi yaxşılaşdırıblar. Təxminən bir il əvvəl AfD ilə fərq 19 bal idi”.

Bu barədə Tagesschau məlumat yayıb. Məlumata görə, "Almaniya üçün Alternativ" son sorğuda bir bal dəstəyi itirib, baxmayaraq ki, lider olaraq qalır. Sol Partiya 11% ilə üçüncü yerdədir.

Sağçı mühafizəkar CDU-ya dəstək tarixi minimum 8%-ə düşüb.

Yaşıllar 5%-lik səslə parlamentə qayıtmağa ümid edə bilər, Sahra Vagenknextin Alyansından olan solçu populistlər isə həddi keçə bilmirlər.Respondentlərin 56%-i SPD-nin növbəti ştat hökumətinə rəhbərlik etməli olduğuna inanır, 31%-i isə AfD-nin liderlik rolunda olmasını istəyir.

Xatırladaq ki, Saksoniya-Anhaltda keçiriləcək ştat seçkiləri 6 sentyabrda keçiriləcək və nasist təşkilat olan AfD-nin qələbə qazanma ehtimalı yüksəkdir.Almanların yarıdan çoxu AfD-nin Saksoniya-Anhaltda uğur qazanacağı təqdirdə demokratiyanın gələcəyindən narahatdır.

İlham

Digər xəbərlər