Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Astara, Masallı və Salyan rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Prezidentin Sərəncamında qeyd olunur ki, Astara, Masallı və Salyan rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara, Masallı və Salyan rayonları icra hakimiyyətlərinin hər birinə 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin. Ölkə Prezidenti bundan başqa, Nəriman Əliməmməd oğlu Həsənzadənin "Şərəf" ordeni ilə təltif edilməsi barədə də Sərəncam imzalayıb.