04 sentyabr 2026-cı ildə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Qarayazı qəsəbə” və “Köçvəlili kənd” Ərazi Partiya Təşkilatlarında hesabat-seçki yığıncağı keçirilib.
İlk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqlarda YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev çıxış edərək bildirib ki, “Qarayazı qəsəbə” və “Köçvəlili kənd” Ərazi Partiya Təşkilatlarına yeni sədr və sədr müavini seçilməsi üçün hesabat-seçki yığıncağı təşkil olunub.
Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və Ərazi Partiya Təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib, qənaətbəxş hesab olunub.
Partiya üzvlərinin səsverməsi nəticəsində “Qarayazı qəsəbə” Ərazi Partiya Təşkilatına sədr Məmmədov Fəramiz Şamil oğlu, sədr müavini İsmayılova Amasya Dövlət qızı, “Köçvəlili kənd” Ərazi Partiya Təşkilatına sədr İsayev İlqar Ziyadxan oğlu, sədr müavini isə Əliyeva Mahirə Tofiq qızı seçiliblər.
YAP Ağstafa rayon təşkilatının əməkdaşları yeni seçilmiş sədrləri və müavinləri təbrik edərək uğurlar arzulayıblar, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıblar.