PDF Oxu

Siyasət

  • 696

Trampın qızının əri Moskvaya gedəcək - FOTO

image

ABŞ prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Vitkoff və qızının əri Cared Kuşner 5-6 sentyabr tarixlərində Kiyevə səfər edəcəklər. Bu barədə Rusiyanın TASS xəbər agentliyi məlumat yayıb. Məlumata görə, Stiv Vitkoff və Cared Moskva səfərindən sonra Kiyevə gedəcəklər. TASS mənbəyə istinadən bildirib ki, "Onlar 5-6 sentyabr tarixlərində Moskvaya, daha sonra isə Kiyevə gəlməyi planlaşdırırlar".

Ukrayna Prezidenti Volodimir Zelenski Trampın nümayəndələri ilə danışdıqdan sonra Stiv Vitkoff və Cared Kuşnerin Ukraynaya səfərə hazırlaşdığını açıqlayıb.

Stiv Vitkoff və Cared Kuşnerin Moskvaya və daha sonra Kiyevə hansı təkliflərlə səfər edəcəkləri məlum deyil. Lakin Bişkekdə ŞƏT-ın toplantısında Rusiya prezidenti V.Putinin müharibə zonasında atəşkəsin əldə olunmasına haızr olduqlarını söyləməsi ABŞ və Avropa tərəfinə ümid verib. Ehtimal olunur ki, Putin müəyyən şərtlərinin qəbul olunması qarşılığında müharibəni dayandıracaq.

İlham

Digər xəbərlər