PDF Oxu

Siyasət

  • 771

YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov partiya veteranı ilə görüşüb - FOTO

image

3 avqust 2026-cı il tarixdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, YAP-ın veteranları Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov və Musa Musayev Lökbatan qəsəbəsində yaşayan Yeni Azərbaycan Partiyasının 92 yaşlı veteranı Seyran Muradovla yaşadığı ünvanda görüşüblər.

YAP vateranını salamlayan Qaradağ rayon təşkilatının sədri uzun illər əmək fəaliyyəti ilə məşğul olan Seyran Muradovu sağlam və gümrah görməkdən məmnun olduğunu bildirib. Qeyd edib ki, ömrünün 40 ilini Azərbaycanın əsas sənaye sahəsi olan neft hasilatında çalışan Seyran Muradov öz əmək və ictimai fəaliyyəti ilə həmişə gənclərə nümunə olub, ölkəmizin qüdrətlənməsi və inkişafı üçün öz əməyini əsirgəməyib.
İlqar ilyasov partiya veteranına möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb. O, Seyran Məmmədovun uzun illər rayonun ictimai-siyasi həyatında oynadığı fəal roldan bəhs edib. Partiya veteranlarının Ümummilli Lider Heydər Əliyev ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqləndiklərini deyib.

Səmimi çay süfrəsi arxasında keçən söhbət zamanı Seyran Muradov keçdiyi həyat yolundan, uzun illər ərzində fədakarlıqla çalışmasından söz açaraq, əmək fəaliyyətinin müxtəlif mərhələlərindən söz açıb. O, həmçinin Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Qaradağ rayonuna göstərdikləri xüsusi diqqət və qayğıdan danışıb.

Qonaqlarla zəngin xatirələrini bölüşən partiya veteran həm İkinci Dünya müharibəsi zamanı, həm də sonrakı illərdə neftçilərin yorulmadan və böyük əzmkarlıqla çalışmasından, Qaradağ rayonundakı qəsəbələrin yaranması və inkişafından, burada iri sənaye müəssisələrinin tikintisi və fəaliyyətə başlaması tarixindən bəhs edib.

Veteran partiyaçı ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirərək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləyib.

Sonda veteranla xatirə fotoları çəkdirilib.

Digər xəbərlər